Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:15

PKK ilə döyüşlərdə azı 16 əsgər həlak olub


Bu hadisə Dağlıca kəndi yaxınlığında uzaqdan idarə olunan iki bombanın partlaması nəticəsində baş verib.

Türkiyə hərbiyyəsi xəbər verir ki, ölkənin cənub-şərqindəki Hakkari vilayətində PKK döyüşçülərinin hücumu nəticəsində 16 əsgər həlak olub.

Bu hadisə Dağlıca kəndi yaxınlığında uzaqdan idarə olunan iki bombanın partlaması nəticəsində baş verib.

Türkiyənin qırıcı təyyarələri ötən gün ərzində PKK mövqelərinə zərbə endiriblər.

Prezident Recep Tayyip Erdoğan bu xəbərdən kədərləndiyini, lakin PKK-ya qətiyyətli cavab veriləcəyini bildirib.

Türkiyə hökuməti bildirir ki, kürd qiyamçılara qarşı əməliyyatlar PKK Türkiyə torpağını tərk edənədək davam etdiriləcək.

Ölkənin bir sıra şəhərlərində kommendant saatı tətbiq edilir.

XS
SM
MD
LG