Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:01

Baş nazir David Cameron deyib ki, “bu addım alternativ yol olmadığına görə atılıb”.

Britaniyanın baş naziri David Cameron bildirib ki, ölkə hərbi hava qüvvələrinin pilotsuz təyyərəsi Suriyada İslam Dövləti adlanan təşkilatın döyüşçüləri olan iki Britaniya vətəndaşını öldürüb.

Kardifdə doğulmuş 21 yaşlı Reyaad Khan və Aberdinli Ruhul Amin ötən ay keçirilmiş ilk Britaniya dron reydində Raqqa yaxınlığında “ləğv ediliblər”.

Baş nazir bildirib ki, Khan Britaniya torpağında terror basqını keçirməyi planlaşdırırmış.

O deyib ki, Britaniya parlamentinin daha əvvəl ölkə hərbiyyəsinin Suriyada hərbi əməliyyatlara qoşulmaması barədə qərarına baxmayaraq, bu əməliyyat “özünümüdafiə” üçün keçirilib.

Cameron izah edib ki, Khan avqustun 21-də keçirilmiş “yüksək dəqiqlikli” hava zərbəsi ilə öldürülüb.

Britaniyanın başqa bir cihadçı vətəndaşı, 21 yaşlı Junaid Hussain avqustun 24-də ABŞ qüvvələrinin hava reydi zamanı öldürülmüşdü.

Baş nazir millət vəkilləri qarşısında izah edib ki, əməliyyat əvvəlcədən Britaniyanın baş prokuroru ilə müzakirə olunub və tamamilə legitimdir.

David Cameron deyib ki, “bu addım alternativ yol olmadığına görə atılıb”.

“Mənim baş nazir kimi birinci vəzifəm Britaniya xalqının təhlükəsizliyini təmin etməkdir” – deyib Cameron.

Bəzi xəbərlərə görə öldürülənlərin qohumları akt barədə təhqiqat aparılmasına çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG