Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:34

Ermənstan prezidenti Serz Sargsian Rusiyada işgüzar səfərdədir.

Bu gün onun rusiyalı həmkarı Vladimir Putinlə görüşü olmalıdır.

Sargisianı xarici işlər naziri Edward Nalbandian,iqtisadiyyat naziri Karen Cshmaritian və maliyyə naziri Gagik Khacatrian müşaiyət edir.

Putinlə Sargsian əsasən Dağlıq Qarabağ münaqişəsi, habelə Azərbaycan və Ermənistan prezidentlərinin bu ay Nyu-Yorkda mümkün görüşünü müzakirə edəcəklər.

Bu görüş BMT Baş Assambleyasının sesiyası çərçivəsində baş tuta bilər.

Məlumatlara görə Ermənistan tərəfinə bu günlərdə Bakıda keçirilən Rusiya-Azərbaycan danışıqları barədə müəyyən məlumat verilə bilər.

Söhbət Rusiyanın xarici işlər naziri Sergei Lavrovun bu günlərdə Bakıya səfərindən gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG