Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:58

Merkel: “Qaçqın axını ölkəni dəyişəcək”


Angela Merkel və Aleksandar Vucic

Angela Merkel və Aleksandar Vucic

“Qaçqın axını Almaniyanı zəbt edəcək və yaxın illərdə ölkəni dəyişəcək”.

Bnu Almaniyanın kansleri Angela Merkel sentyabrın 7-də bildirib.

Məlumatlara görə, istirahət günlərində ölkəyə 20 min miqrant gəlib.

Hakim koalisiya ölkəyə gələn miqrantlara 6 milyard avro yardım ayrılması barədə razılıq əldə edib.

Amma Merkel qaçqınların qəbulunda ədalətli bölgü etməyə çağırır.

Fransa prezidenti Francois Hollande bu arada bildirib ki, Avropa Komissiyası 120 min qaçqını yerləşdirmək üçün üz ölkələrə məcburi kovota təklif etməyə hazırlaşır.

Bunun 24 mini Fransanın payına düşməlidir.

Amma Macarıstanın baş naziri Viktor Orban bildirib ki, nəqədər ki, Avropanın sərhədlərini qoruya bilmirik, nə qədər qaçqının qəbulundan danışmağa dəyməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG