Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:50

Fransa Ukrayna ilə bağlı görüş təklif edir


Petro Poroshenko, Angela Merkel və Francois Hollande

Petro Poroshenko, Angela Merkel və Francois Hollande

Fransa prezidenti Francois Hollande ayın sonunda Almaniya, Rusiya və Ukrayna liderlərinin görüşünü təklif edib.

O sentyabrın 7-də jurnalistlərə bildirib ki, bu görüş BMT Baş Assambleyasının sentyabrın 28-də keçiriləcək islasından əvvəl Parisdə baş tuta bilər.

“Son bir neçə həftədə Ukraynanın şərqində müəyyən irəliləyiş əldə olunub,atəşkəsə demək olar ki, əməl olunub”.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6500-dən çox adam ölüb.

Tərəflər ötən ilin fevralında Minskdə atəşkəs razılaşması əldə etsələr də vaxtaşırı pozulub.

Amma Ukrayna prezidenti Petro Poroshenko sentyabrın 5-də son həftə ərzində atəşkəs rejiminə əməl edildiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG