Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:13

10 kitab qalib oldu...


Azərbaycanda çapdan çıxan 10 kitab Moskvada keçirilən müsabiqənin qalibi olub - 5 sentyabr 2015/
Azərbaycanda çapdan çıxan 10 kitab Moskvada keçirilən müsabiqənin qalibi olub - 5 sentyabr 2015/

-

Rusiya paytaxtında 28-ci Moskva beynəlxalq kitab satış-sərgisi çərçivəsində MDB ölkələrinin «Kitab sənəti» («Искусcтво книги») XII Beynəlxalq müsabiqəsi qaliblərinin təntənəli mükafatlandırılması mərasimi keçirilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin müsabiqəyə təqdim etdiyi 10 kitab müxtəlif nominasiyalarda diplomlara layiq görülüb.

«Heydər Əliyev adına fotoalbom» («Renessans» nəşriyyatı) müsabiqənin «Qran-pri» nominasiyasına seçilib.

«Qələbə» nominasiyasında Heydər Əliyev Fondu və Bakı Media Mərkəzinin dəstəyi ilə çap edilmiş «Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu» kitabı birinci dərəcəli diploma layiq görülüb.

«İrs» silsiləsi çərçivəsində dərc olunmuş «Məftun edən şəhər» («IRS Publishing House» nəşriyyatı) kitabı «Mənim ölkəm» nominasiyasında birinci dərəcəli diplom alıb.

Sevinc Nuruqızının «Qədim Bakıya səyahət» kitabı «Uşaqlar və yeniyetmələr üçün kitablar» nominasiyasının qalibi seçilib.

Azər Turanın «Əli bəy Hüseynzadə» kitabı isə müsabiqənin «Elm və innovasiyalar» nominasiyasında ikinci dərəcəli diploma layiq görülüb.

«Tədris vəsaiti və təhsil» nominasiyasında ikinci dərəcəli diplom tarixçi alimlər Yaqub Mahmudovun vəKərim Şükürovun dördcildlik «Azərbaycan: beynəlxalq münasibətlər və diplomatiya tarixi» toplusuna təqdim edilib.

«IRS Publishing House» nəşriyyat evində çap olunmuş «Qobustan – minilliklər kitabı» «Art kitab» nominasiyasında üçüncü dərəcəli diploma layiq görülüb.

«Təbrizin sehrli nağılları» («IRS Publishing House» nəşriyyat evi) isə «MDB-də çap olunub» nominasiyasının qalibi seçilib. Həmin kitabın müəllifi Cəmilə Həsənzadədir.

MDB ölkələrinin «Kitab sənəti» Beynəlxalq müsabiqəsi Rusiya Mətbuat və Kütləvi Kommunikasiyalar Federal Agentliyi və MDB Dövlətlərarası Şurası tərəfindən 2004-cü ildən keçirilir.

Bu il müsabiqəyə MDB-nin üzvü olan 5 ölkədən, habelə Gürcüstan və Estoniyadan layihələr təqdim edilmişdi.

Ənənəvi Moskva Beynəlxalq kitab satış-sərgisi Rusiya paytaxtındakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin binasında keçirilib.
Bu il 28-ci dəfə təşkil olunan sərgiyə 300-dən çox nəşriyyat evi və ticarət təşkilatı qatılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG