Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:33

Şəkinin iki kəndində çadırlar quraşdırılıb


Foto illüstrasiya. Zaqatalada zəlzələ. 2012.

Foto illüstrasiya. Zaqatalada zəlzələ. 2012.

-

Sentyabrın 4-də zəlzələ zamanı ziyan görmüş Şəkinin iki kəndində çadırlar quraşdırılır.

Bu haqda Trend-ə Şəki şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Ziya Vəliyev məlumat verib.

Onun dediyinə görə, proses sentyabrın 6-sı axşamdan başlayıb:

«Zəlzələ zamanı ən çox rayonun Bollu Dərə və Qara Torpaq kəndlərində olan evlər ziyan görüb. Bollu Dərə kəndində 2, Qara Torpaq kəndində isə 13 çadır quraşdırılıb. Turan qəsəbəsində də zəlzələdən zərər görmüş evlər var. Bu qəsəbədə də çadırların quraşdırılması istisna olunmur».

Ziya Vəliyev zəlzələdən ziyan dəyən evlərin sayının çoxalacağını da istisna etməyib. O, bunu əhalidən müraciətlərin çox daxil olması ilə əlaqələndirib.

Sentyabrın 4-də Şəkidən 29 km aralı zəlzələ baş verib – episentr ətrafında 7 bala qədər, Mingəçevir, Yevlax, Gəncə, Göyçay və digər ətraf rayonlarda isə 5-6 bal gücündə təkanlar hiss edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG