Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:39

-

Avqustda 30 əsas ərzaq məhsulundan ibarət istehlak səbətinin qiyməti 2.5% bahalanıb.

Araşdırmanı Turan agentliyi aparıb.

Agentlik 30 əsas ərzaq məhsulundan ibarət istehlak səbəti tərtib edib.

Eyni istehlak səbəti üzrə iyul və iyunda 0.10%, mayda 3.6% artım olmuşdu.

Ötən ay pomidor (+60%), kartof (+33,3%), şəkər tozu (+26,6%), soğan (+25%), qarğıdalı yağı (+18,3%), marqarin (+18,2%), 1 növ un а (+18,2%), kələm (+16,6%), vermişel (+13,3%), kərə yağı (+12,8%), qatıq (+11,5%), yumurta (+9%), pendir (+2%) bahalanıb.

Qarabaşaq yarması (-9%), toyuq içalatı (-5,5%) ucuzlaşıb.

Mal əti, qoyun əti, toyuq əti, süd və s. qiyməti dəyişməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG