Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:58

Türkiyədə terror, ölən və yaralananlar var


Türkiyə ordusu
Türkiyə ordusu

-

Sentyabrın 7-ə keçən gecə Türkiyədə terror hadisəsi baş verib, ölən və yaralananlar var.

Bu barədə Türkiyənin «Anadolu» agentliyi məlumat yayıb.

Bildirilir ki, Hakkarinin Dağlıca bölgəsində PKK terror təşkilatının üzvlərinin yola basdırdıqları mina əsgərləri daşıyan iki zirehli maşın keçərkən partlayıb.

Türkiyə Baş Qərargahının yaydığı açıqlamada ölən və yaralıların olduğu deyilsə də, konkret say göstərilməyib.

Açıqlamada deyilir ki, hadisədən dərhal sonra bölgədə həyata keçirilən hava əməliyyatında terror təşkilatına məxsus 13 hədəf vurulub.

«Reuters» xəbər agentliyi isə terror nəticəsində 15 hərbçinin həlak olduğunu yazır.

Baş nazir Ahmet Davutoğlu Ankarada fövqəladə toplantı çağırıb. O, Mərkəzi Anadolu regionuna səfərini yarımçıq kəsməli olub.

XS
SM
MD
LG