Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:44

-

«Yeni Müsavat» qəzeti yazır ki, Moskvanın Bakı və Yerevan üçün yeni planı var.

Qəzet Rusiyanın «Politrus» saytının yazdıqlarını əsas gətirərək bildirir ki, Dağlıq Qarabağda hərbi gərginliyin qalmasında ABŞ maraqlıdır: «Çünki Rusiya, İran və Çinin maraq zonasında olan bu bölgənin daim «qaynar» olması ABŞ-ın hegemonluğuna xidmət edir. Lakin hazırkı vəziyyətdə müharibənin başlaması problem olaraq qalır. Nədən ki, Bakı və Yerevan savaş istəmir. Azərbaycan öz ərazi bütövlüyünün bərpasını tələb edir. Çünki məcburi köçkün və qaçqınlar öz evlərinə qayıtmaq istəyirlər. Ölkə rəhbərliyi də bu məsələdə qətiyyət göstərir».

Qəzetin yazdığına görə, «Politrus» həm də bildirir ki, Rusiya Azərbaycanı Xəzər regionunda və Avrasiya İttifaqında öz müttəfiqi kimi görmək arzusundadır: «Moskva bunu gizlətmir. İqtisadi nöqteyi-nəzərdən Azərbaycan Avrasiya İttifaqı üçün əlverişlidir. Amma artıq ittifaqda yer alan Ermənistan Azərbaycanın bu birliyə girişini əngəlləyir. Azərbaycan ərazisini nəzarətdə saxlayan bir ölkə ilə eyni ittifaqda yer almağın mümkünsüzlüyünü irəli çəkir».

Qəzet daha sonra qeyd edir ki, Kremlə hazırda Qarabağ məsələsində hamıdan çox konstruktiv görünmək olduqca vacibdir. Moskva habelə Azərbaycanda və Ermənistanda ictimai nəbzi yoxlamaq, bu iki Qafqaz ölkəsində özünün xeyli düşən nüfuzunu qaldırmaq, beləliklə də Bakı və Yerevanı bir az da çox öz orbitində saxlamaq istəyi güdür. Bu üzdən də «rəngarəng, dolğun və inandırıcı həll planları»nın dövriyyəyə buraxılması mümkündür.

Samir Əliyev

Samir Əliyev

AI-92 44, DİZEL 37 QƏPİYƏ SATILMALIDIR

«Azadlıq» qəzeti yazır ki, neftin qiymətinin təxminən üç dəfə düşməsinə baxmayaraq Azərbaycanda yanacağın qiyməti dəyişməz qalıb. Hakimiyyət yanacağın qiymətinin dəyişməməsini maraqlı şəkildə arqumentləşdirir.

Tarif Şurası dünya bazarlarında duruma rəğmən ölkədə benzinin ucuzlaşması üçün əsas görmür.

Şuradan bildiriblər ki, dünya bazarlarında neftin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması onunla əlaqədardır ki, AI-92 markalı benzinin dəyərinin formalaşmasına təsir edən xərclər (neftin istehsalı və emalına, vergiyə çəkilən və s.) dəyişməyib.

İqtisadçı-ekspert Samir Əliyevin qənaətincə, Tarif Şurasının açıqlaması özünü təkzib etməklə yanaşı, ciddi arqument sayıla bilməz: «Çünki Şura 2013-cü il 3 dekabr ayında benzinin pərakəndə satışı qiymətinin artımını məhz bununla əsaslandırmışdı. Həmin dövrdə Şuranın katibi İlkin Məcidov açıqlamasında qeyd etmişdi ki, son dəfə (6 yanvar 2007-ci il) yanacağın qiyməti müəyyənləşdiriləndə xam neftin dünya bazarlarında qiyməti 1 barel üçün 57 ABŞ dolları idi, indisə artaraq 110 ABŞ dollarına çatıb. Hazırda neftin bir bareli 50 dollar civarındadır ki, bu da hətta 2007-ci il qiymətindən də ucuzdur. 2007-ci ildə AI-95 benzini 60 qəpik, AI-92 və AI-80 55 qəpik, dizel yanacağı isə 45 qəpik olub. Bu gün daha ucuz neft qiymətləri şəraitində AI-92 və AI-80 markalı benzinlər 70 qəpik, dizel yanacağı isə 60 qəpikdir. Belə çıxır ki, neftin dünya bazar qiyməti ancaq bahalaşma üçün əsas sayılır».

Novruz Məmmədov

Novruz Məmmədov

Ekspertin hesablamalarına görə, reallıqda yanacaqdoldurma məntəqələri AI-92 və AI-80 markalı benzinlərin hər litrini 44 qəpiyə, dizel yanacağını isə 37 qəpiyə satmalıdır: «Əgər aksiz vergisinin azaldılması fonunda pərakəndə satış qiymətləri dəyişməyibsə, deməli, şirkətdaxili tariflər artırılıb və əldə edilmiş vəsait SOCAR-a çatır».

AVROPA İTTİFAQININ SEÇKİ İLƏ BAĞLI BƏYANATI ARTIQ HAZIRDIR

«Azərbaycan» qəzeti Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsində paylaşdığı fikrini dərc edib. Novruz Məmmədov iddia edir ki:

«Yaxın və dost dairələrdən bizə məlum olub ki, Azərbaycanda noyabrın 1-də keçiriləcək seçkilərlə bağlı Avropa İttifaqının müvafiq strukturlarında bəyanatların mətni artıq hazırdır. Bircə kiçik əlavə edib tarixi qoymaq qalıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG