Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:31

-

Tacikistanda keçmiş nazir müavini və tərəfdarlarının axtarışı davam edir. Onlar 3 gün öncə Düşənbədə və ətrafındakı qanlı toqquşmalara görə axtarışdadır. Həmin toqquşmalarda 9-u polis, 17-si yaraqlı olmaqla 26 nəfər öldürülüb.

Keçmiş nazir müavini Abduhalim Nazarzoda-nı Düşənbədən 150 km şərqdə Romit vadisində axtarırlar. Daxili İşlər Nazirliyi onun və tərəfdarlarının həmin vadiyə doğru yollandığını bildirir.

Polis məntəqəsinə hücum sentyabrın 4-də baş verib. Prezident Emomali Rahmon sentyabrın 6-da bildirib ki, hücumu İslam Dövləti qruplaşmasının baxışlarını bölüşən, onun idarəçiliyinə zərbə vurmaq istəyən yaraqlılar həyata keçirib.

Nazarzoda Vahid Tacik Müxalifəti alyansının keçmiş üzvüdür. Həmin alyansda birləşən demokratik, millətçi və islamçı qüvvələr 1990-cı illərdə vətəndaş müharibəsi vaxtı hökumət qüvvələri ilə vuruşub. Nazarzoda islamçı fraksiyaya rəhbərlik edib. 1997-ci ildə atəşkəs müqaviləsi ilə nazir müavini postunu alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG