Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:46

-

Azərbaycanın xalq artisti İlham Əsgərov sentyabrın 6-da axşam saatlarında vəfat edib.

İlham Əsgərov 1983-cü ildən Akademik Milli Dram Teatrının aktyoru idi. Sonuncu dəfə "Zaman adlı qatar" filmində rol alıb.

2010-cu ildə aktyor beyin insultu keçirib, amma buna baxmayaraq səhnəyə qayıdıb. Keçən ilin dekabrında İlham Əsgərov yenidən beyin insultu keçirib.

1958-ci il doğumlu aktyor həmçinin şəkər xəstəliyindən əziyyət çəkirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG