Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:45

-

Görkəmli dilçi və türkoloq alim - akademik Ağamusa Axundov bu gün – sentyabrın 7-də saat 13.00-dən Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək vida mərasimindən sonra II Fəxri Xiyabanda dəfn ediləcək.

Tanınmış alim sentyabrın 5-də ürək tutmasından vəfat edib.

Ağamusa Axundov dil və ədəbiyyata dair fundamental araşdırmaların müəllifi idi.

O, son illər AMEA-nın Rəyasət Heyətinin müşaviri çalışırdı.

Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində doğulub.

Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1950-1955-ci illər) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil alıb (1959-1965).

Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958-1959), baş müəllimi (1959-1961-ci illər), dosenti (1961-1967), universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı (1967-1974 və 1980-1990), Ümumi dilçilik kafedrasının müdiri (1981-1999) olub.

AMEA-nın həqiqi üzvü (2007), Dövlət mükafatı laureatı (1986), Əməkdar elm xadimi (1990) idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG