Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:12

Moldova paytaxtında böyük mitinq


Moldova paytaxtı Kişinyovda hökumətə qarşı mitinq keçirilir. Təşkilatçı “Ləyaqət və ədalət” hərəkatının məlumatına görə, meydana 100 min insan çıxıb.

Etirazçılar təminatsız kredit kimi 3 kommersiya bankından çıxardılmış milyard avronu geri qaytarmağı və Milli bank, Baş Prokurorluq, Antikorrupsiya komissiyası, Ali məhkəmə palatası rəhbərliklərinin istefaya göndərilməsi, eləcə də söz azadlığının təmin olunmasını tələb edirlər.

İnterfaks agentliyinin məlumatına görə., hökumət sentyabrın 6-da paytaxtın mərkəzində genişmiqyaslı pulsuz konsert proqramı təşkil etməklə mitinqin keçirilməsinə mane olmağa çalışıb. Müğənnilərin əksəriyyəti bu konsertdə iştirak etməkdən imtina ediblər.

“Ləyaqət və ədalət” hərəkatının Kişinyovda ilk belə aksiyası mayın 3-də keçirilib. Həmin aksiyada 30 min insan iştirak etmişdi.

XS
SM
MD
LG