Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:32

Tacikistanda iki zabit saxlanıb


Saxlanan zabitlərdən biri
Saxlanan zabitlərdən biri

-

Tacikistanda müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzodla əlbir olmaqda şübhəli bilinən iki nazirlik rəsmisi saxlanıb.

Onlar Nazarzod tərəfdarları ilə birlikdə Düşənbə və Vaxdatdakı polis bölmələrinə hücumun təşkilində suçlanırlar. Sözügedən hücumlar nəticəsində 9 polis işçisi öldürülüb.

Tacikistanın Daxili İşlər Nazirliyinin məlumatına görə, müdafiə nazirliyinin saxlanan iki zabiti – podpolkovnik Mustafa Nazarov və mayor Nasim Yusufov hazırlanan hücum barədə əvvəlcədən məlumat vermək iqtidarında olublar, amma bunu etməyiblər, bununla da “sabitliyin pozulması və ölüm halının olmasına” şərait yaradıblar.

Sözügedən hücumlardan sonra Abdulhalim Nazarzod rəsmi vəzifəsindən uzaqlaşdırılıb. Onun saxlanması məqsədilə həyata keçirilən əməliyyat zamanı 9 güc strukturu əməkdaşı həlak olub, 6-sı yaralanıb. DİN-in məlumatına görə Nazarzodun tərəfdarlarından 32 nəfər saxlanıb, 13-ü öldürülüb. Generalın qardaşı Mirzohaet Nazarov hökumətə təslim olub. Nazarzodun saxlanması istiqamətində əməliyyatlar davam etdirilir.

XS
SM
MD
LG