Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:57

- Yazıçıların dissidentlik haqda dedikləri

Hökumətin dissident mətbuatını qəbul etməsi bir millətin yetkinlik ölçüsüdür.

William Orville Douglas

Niyə dissident olursan? Ona görə yox ki, bir gün bu qeyri-adi karyeranı seçmək fikrinə düşürsən. Ona görə dissident olursan ki, səni buna şəxsi məsuliyyət hissin gətirir, o hiss bir sıra mürəkkəb xarici şərtlərlə münaqişəyə girir. Hər şey öz işini daha yaxşı görməyə çalışmaqla başlanır və cəmiyyətin düşməni kimi damğalanmaqla bitir.

Vaclav Havel

"Demokratiyanı dissidentlərə verdiyi azadlıqla ölçərlər, bir-birinə bənzəyən konformistlərə verdiyi azadlıqla yox.

Abbie Hoffman

“Əgər mən cinayətkar deyiləmsə, yalvarıram, arvadımla müvəqqəti xaricə getməyimə icazə verin, heç olmasa bir illik, bizə geriyə - ölkəmizə qayıtmaq hüququ da verin, əgər ölkəmizdə kiçik adamların qarşısında əyilmədən ədəbiyyatın böyük ideyalarına xidmət etməyə şərait olsa, ədəbiyyat sənətkarının roluna aid hazırkı baxışlarda heç olmasa bir az dəyişiklik olsa."

Yevgeni Zamyatin

“O dövlətdə nazir olmaqdansa şərəfli insan olmaq yaxşıdır.”

Milovan Djilas

"İnsanların güclərini itirməsinin ən geniş yayılmış yolu onların gücsüz olduqlarını düşünməsidir."

Alice Walker

“Əgər sən bir nümayişə, mitinqə gedib evə qayıdırsansa, burda nəsə var, amma hakimiyyətdəkilər buna dözə bilərlər. Onların dözə bilmədiyi şey daimi təzyiqdir..."

Noam Chomsky

"Hökumət haqsız olanda haqlı olmaq təhlükəlidir."

Volter


"Azadlıq instinktin varsa, hər şeyi dəyişdirməyə, daha yaxşı dünya qurmağa şansın var."

Umberto Eco

“Səmimiyyət və həqiqət üçün, ədalətsizliyə və yalana qarşı səsini qaldırmaqdan heç vaxt qorxma. Əgər dünyadakı bütün insanlar bu qorxuya qalib gəlsələr, yer üzü dəyişəcək.”

William Faulkner

"Susmaq qədər heç bir şey hakimiyyəti möhkəmləndirmir."

Leonardo da Vinci

"İnsanların susub oturduğu bir otaqda həqiqət sözü tapança atəşi kimi səslənir."

Czeslaw Milosz

“Bütün "problem" yaradanlardan qurtulan cəmiyyət üzüaşağı yuvarlanır.”

Robert A.Heinlein

"Biz axmaq deyilik. Biz kasıbıq."

Orhan Pamuk

Günün bütün mövzuları

XS
SM
MD
LG