Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:18

Türkiyədə növbəti terror hadisəsi baş verib.

“Huriyyet”in məlumatına görə, PKK terror təşkilatının üzvləri Türkiyənin Diyarbəkir şəhərində polisə silahlı hücum edib. Nəticədə iki polis ölüb, üçü yaralanıb.

Hücum səhər saatlarında raket vasitəsilə edilib.

Ötən gecə Diyarbəkirin Sur qəsəbəsində də polis bölməsinə silahlı hücum olub.Hadisə nəticəsində polis bölməsinin yaxınlığında olan bir mülki şəxs yaralanıb.

Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG