Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:06

Nazirlər Kabinetinin verdiyi qərara əsasən "Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Azərsu" ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsi yenidən təşkil ediləcək.

İstehsalat Texniki Komplektləşdirmə İdarəsi indiyə qədər "Azərsu" ASC-nin tabeliyində hüquqi şəxs statusunda olub. İdarənin bu statusu ləğv edilir, "Azərsu"ASC-nın tabeliyində olan hüquqi şəxs olmayan təşkilata çevrilir.

"Azərsu" ASC hüquqi varislik qaydasında ona qoşulan "Azərsu" ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin bütün hüquq və öhdəliklərini öz üzərinə götürəcək.

Eyni zamanda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatların siyahısında da dəyişiklik edilib. "Oğuz-Qəbələ-Bakı Su Kəməri" İdarəsi Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsinə, "Kür Su Kəmərləri" İdarəsi Kür Su Təchizatı İdarəsinə, "Ceyranbatan Su Kəmərləri" İdarəsi Ceyranbatan Su Təchizatı İdarəsinə, "H.Z.Tağıyev adına Su Kəmərləri" İdarəsi H.Z.Tağıyev adına Su Təchizatı İdarəsinə çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG