Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:14

-

Oktyabrın 3-də Britaniyanın məşhur «Shakespeare's Globe» teatr dərnəyinin dünya turu çərçivəsində «Hamlet» tamaşası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdiriləcək.

Tamaşa «British Council» və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə nümayiş olunacaq.

«British Council»dən AZƏRTAC-a bildiriblər ki, Londonun «Shakespeare's Globe» teatrı sözügedən layihəni dünya şöhrətli dramaturq Shakespeare-in anadan olmasının 450 və vəfatının 400-cü ildönümü münasibətilə həyata keçirir. Tamaşanın 2016-cı ilin aprel ayınadək dünyanın əksər ölkələrdə nümayişi planlaşdırılır.

Dünyada 100-dən artıq ölkədə nümayiş olunan tamaşanın Akademik Milli Dram Teatrındakı nümayişi subtitrlər vasitəsilə teatrsevərlərə təqdim ediləcək.

Tamaşanın biletlərini paytaxtın teatr kassalarından əldə etmək mümkündür.

Günün bütün mövzuları

XS
SM
MD
LG