Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:00

Minlərlə miqrant Avstriyaya gəlib


-

Avstriya polisi deyir ki, 2000 miqrant sentyabrın 5-də tezdən ölkəyə girib. Macarıstan hökuməti gözlənilməz gediş edərək onları avtobuslarla təmin edib.

Gün ərzində daha çox miqrantın sərhədi keçəcəyi ehtimal edilir.

Avstriya bildirir ki, miqrantların onların sərhədini keçməsi məsələsi Almaniya ilə razılaşdırılıb.

Macarıstan miqrantların Avstriya və Almaniyaya axınını bir neçə gün saxlayıb. Bunu da onların qeydiyyata alınmasının vacibliyi ilə izah edib.

Avtobuslar sentyabrın 4-ü axşam saatlarında Budapeştin Keleti dəmiryol stansiyasına gəlib. Bu stansiya minlərlə miqrant üçün süni düşərgəyə çevrilmişdi.

Avtobuslar həm də çoxunun Suriyadan olan 1000-dən çox miqrantı yoldan yığmağa göndərilib. Onlar sentyabrın 4-də piyada Vyanaya yola düşmüşdülər.

Bütün bunlar Avropa Birliyi ölkələrinin görünməmiş miqrant axınını tənzimləmək barədə razılığa gəlməyə çalışdığı bir vaxtda baş verir.

Bu ilin əvvəlindən 140 mindən çox miqrantın Avropa Birliyinin Serbiya ilə olan sərhədindən keçərək Macarıstana daxil olduğu qeydə alınıb. Macarıstan axını dayandırmaq üçün 3.5 metr yüksəkliyində divar cəddi tikir.

Günün bütün mövzuları

XS
SM
MD
LG