Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:35

Bakıda gəzməli hava olacaq


Bakı.
Bakı.

-

Sentyabrın 6-da Azərbaycanda hava yeni isti keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildiriblər ki, sentyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında gecə 21-23, gündüz 33-35 dərəcə isti gözlənilir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Ancaq axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Gecə 19-24, gündüz 34-37, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

XS
SM
MD
LG