Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:29

-

«Sentyabrın 4-dən bu günədək 50-ə yaxın avterşok baş verib. Bunlar zəif təkanlardır. Proses gedir və enerji boşalır».

Bunu apa-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Q.Yetirmişli bundan sonra güclü zəlzələ gözlənilmədiyini də söyləyib: «Hiss olunan təkanlar ola bilər və bu mümkündür. Amma dünənki (4 sentyabr) gücdə zəlzələ təkrar oluna bilməz. Hazırda yer daxilində gedən proseslər davam edir, insan kimi yer də nəfəs alır. Amma həmin ocaqda yenidən yeddi bal gücündə zəlzələ olmayacaq».

Sentyabrın 4-də Şəki ərazisində 7 bal gücündə zəlzələ olub. Yeraltı təkan respublikanın rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub. Bəzi bölgələrdə evlər qəzalı vəziyyətə düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG