Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 03:27

Bakıda bəzi avtobus xətləri yenilənib


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları» MMC Bakı şəhərinin 62, 70 və 92 nömrəli avtobus marşrut xətlərində dəyişiklik edib.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a belə deyilib.

Sentyabrın 1-dən 62 nömrəli marşrut avtobusu Sabunçu qəsəbəsi-«Koroğlu» metro stansiyası–Heydər Əliyev prospekti-Atletlər kəndi-Xəlil Rza küçəsi-nəqliyyat qovşağı-Ziya Bünyadov prospekti və sonra mövcud xətti istiqamətində hərəkət edəcək.

70 nömrəli marşrutun istiqaməti «Neftçilər» metro stansiyası-Qara Qarayev prospekti–Ə.Vəliyev küçəsi–M.Abbasov küçəsi–M.Əliyev küçəsi–Elektrik qatarlarının Deposunadək və əks istiqaməti də həmən xətt üzrə olmaqla əvəz olunub.

38 nömrəli marşrutun yeni xətti Keşlə qəsəbəsi–H.Əliyev prospekti–«Şəfa» stadionu–M.Nərimanov küçəsi–«Ulduz» metro stansiyası–Heydər Əliyev prospekti–A.Nemətulla küçəsi və sonra mövcud xətti ilə əvəz olunub.

92 nömrəli marşrutun xəttində sentyabrın 3-dən dəyişiklik edilərək Yeni Avtovağzal–Sumqayıt şosesi-Moskva prospekti-A.Mustafayev küçəsi-Cavadxan küçəsi-«Memar Əcəmi» metro stansiyası və əks istiqaməti «Memar Əcəmi» metro stansiyası-Cavadxan küçəsi-A.Məhərrəmov küçəsi və sonra mövcud xətt daxil olmaqla əvəz olunub.

«Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları» MMC Səbail rayonu sakinlərinin «Sədərək» ticarət mərkəzi ilə birbaşa nəqliyyat əlaqəsinin yaradılmasına dair müraciətlərini nəzərə alıb. Hərəkət cədvəli «Sədərək» ticarət mərkəzi-Salyan şosesi-Bibiheybət məscidi-20-ci sahə-Bibiheybət yolu-M.Useynov küçəsi-O.Abbasov küçəsi kəsişməsindən dönməklə yeni 120 nömrəli marşrut xətti təşkil edilib.

XS
SM
MD
LG