Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:49

Obama Kral Salman ilə görüşüb


Kral Salman və Barack Obama
Kral Salman və Barack Obama

-

ABŞ prezidenti Barack Obama Səudiyyə Ərəbistanının kralı Salman-la görüşüb. Danışıq zamanı prezident kralı əmin edib ki, İran və altı dövlət arasında razılaşma Tehranın nüvə silahı əldə etməsini önləməyə kömək edəcək.

Görüşdən sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel al-Jubeir bəyan edib ki, ölkəsi bu razılaşmanın Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin təminatında müsbət təsirini göstərəcəyinə inanır. Nazirin dediyinə görə, prezident Obama təsdiq edib ki, razılaşma İrana nüvə silahı yaratmağa imkan verməyəcək və anlaşma İranda bütün nüvə obyektlərinin təftiş sisteminin yaradılmasını, şərtlər yerinə yetirilmədiyini halda isə sanksiyaların bərpasını nəzərdə tutur.

Prezident Obama öz növbəsində Səudiyyə kralından təminat alıb ki, səudiyyəlilər humanitar təşkilatların Yəmənə qeyri-məhdud girişinə imkan yaradacaqlar. Ağ ev Səudiyyə Ərəbistanının başçılığı ilə beynəlxalq koalisiyanın Yəməndə husilərə qarşı hava zərbələri endirməsini qeyd-şərtsiz dəstəklədiyinə görə hüquq müdafiə təşkilatları tərəfindən tənqid olunmuşdu. Hava zərbələri nəticəsində çox sayda mülki vətəndaş ölüb. Dəniz blokadası isə zəruri malların və dərman qıtlığına şərait yaradıb.

«Biz Yəməndəki durumla bağlı narahatlığı bölüşürük və ölkədə humanitar vəziyyəti yaxşılaşdırmağa qadir olan işlək təmsili hökumətin bərpasını zəruri hesab edirik», - prezident Obama söyləyib.

XS
SM
MD
LG