Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:37

-

99 il öncə -1916-cı il sentyabrın 12-də səmada bir hərbi təyyarə vuruldu.

Birinci Dünya müharibəsi gedirdi…

«İlk Azərbaycan pilotu» cəmi 25 yaşındaydı. O,almanların nəzarət etdiyi (indi Belarusun ərazisidir) Boruna kəndində, döyüş tapşırığını yerinə yetirərkən həmin təyyarədə qəhrəmancasına həlak oldu.

Əliağa Şıxlinskinin sonralar xatirələrində «İlk Azərbaycan pilotu» adlandırdığı bu gənc məşhur Qayıbovlar nəslindən olan poruçik Fərrux ağa Qayıbov idi…

AzadlıqRadiosunun «İz» proqramı illərdir ki, hər il sentyabrın 12-ni - Fərrux ağanın ölüm gününü «Düşmənin öydüyü qəhrəman» radiodastanıyla anır.

Niyə «Düşmənin öydüyü qəhrəman»?

Bunu və başqa təfərrüatları verilişi dinlədikdən sonra biləcəksiniz.

99-cu xatirə günündə ilk Azərbaycan təyyarəçisinin qəhrəmanlığının izinə düşün.

Cəmi 25 il yaşamış ilk qəhrəman səma şahinimizin xatirəsini yad edin.

Bu «İz»i itirməyin.

Günün bütün mövzuları

XS
SM
MD
LG