Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:12

Bu ilin I yarısında Azərbaycan xaricdən 590 sərnişin avtobusu alıb.

Avtobuslar əsasən Almaniyadan idxal olunub.

Dövlətstatkomdan Turana verilən məlumata görə, Almaniyaya ümumi dəyəri 70,9 milyon dollar olan 268 avtobus sifariş verilib. Bir avtobusun qiyməti 264,8 min dollardır.

Ən bahalı avtobuslar isə İsveçrə istehsalıdır təxminən 480 min dollar. Bu ölkədən 5 avtobus alınıb.

Həmçinin Azərbaycan bu il Fransaya 192 avtobus sifariş edib.

İVECO markalı avtobusların biri təxminən 317 min dollardır.

Çexiya dan isə 30 avtobus alınıb. Avtobusların biri orta hesabla 265 min dollara başa glir.

Həmçinin ilin I yarısında Rusiya, Türkiyə və Cənubi Koreyadan avtobuslar alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG