Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:31

AMEA şair Şəhriyarı İran ideoloquna çevirir


Məhəmməd Hüseyn Şəhriyar
Məhəmməd Hüseyn Şəhriyar

- Azərbaycan və İran sentyabrın 15-17-də şair Məhəmməd Hüseyn Şəhriyara həsr olunmuş beynəlxalq konqres keçirəcək.

İranın Bakıdakı Mədəniyyət Mərkəzi Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq çərçivəsində azərbaycanlı mədəniyyət adamlarını və alimlərini Təbriz Universitetində keçiriləcək Şəhriyar beynəlxalq konqresi üçün İrana aparacaq.

İranın IBNA kitab agentliyinin ingilis türk dilindəki səhifələri yazır ki, bu münasibətlə Azərbaycandan İrana gedəcək qonaqlar arasında tanınmış altı mədəniyyət və elm adamı (rejissorlar, ədəbiyyatşünaslar, şairlər) olacaq.

Konqresin 10 mövzusu var. Mövzular bunlardır:

“Şəhriyarın əsərlərində İslam İnqilabı”,

“Heydər baba şeiriyyatında dini kimliyin ifadəsi”,

“Şəhriyar poeziyasının dini kökləri”,

“Şəhriyar poeziyasında İslam təhsili və mənəvi ənənələr”,

“Şiə mistisizminin Şəhriyar poeziyasında xüsusiyyətləri”,

“Şəhriyar yaradıcılığında Aşura mədəniyyəti”,

"Müqəddəs müdafiə şeir axımının yaranmasında ustad Şəhriyarın rolu",

"Şəhriyar şeirlərində Əhli-beyt manifesti" və s.

XS
SM
MD
LG