Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:03

Müsavat Partiyası, REAL və NİDA vətəndaş hərəkatları parlament seçkiləri dövründə fəaliyyətlərini uzlaşdıracaq, kampaniya dövründə yol verilən qanun pozuntularının birgə monitorinqini aparacaq və seçki günü birgə müşahidə təşkil edəcəklər.

Bu haqda onların adından sentyabrın 4-də yayılan bəyanatda deyilir.

Bəyanatda o da deyilir ki, ölkədə “azad seçki keçirilməsi üçün şərtlərin minimum olduğu şəraitə rəğmən, korrupsion, avtoritar və klientalist sistemə qarşı mübarizənin fasiləsizliyi və ardıcıllığı baxımından” seçkilərdə iştirakı məqsədəuyğun hesab edirlər.

Bundan başqa tərəflər parlament seçkilərinə hazırlıq, namizədlərin irəli sürülməsi, dairələr üzrə irəli sürülən namizədlərin qeydiyyatı, qeydə alınmış namizədlərin seçki kampaniyası dövründə bir-birinə qarşı təbliğat aparmamaları, seçki dairələri üzrə vahid namizədlərin müəyyənləşməsi imkanlarını araşdıracaqları barədə razılığa gəlirlər.

Siyasi qüvvələr seçkilərin nəticəsi haqqında birgə yekun rəyin hazırlayacaqlarını bildirirlər.

XS
SM
MD
LG