Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:21

Tacikistanın paytaxtı Düşənbədə törədilən 2 ayrı-ayrı hücumda 10 nəfər ölüb.

Sentyabrın 4-də Düşənbə hava limanının yaxınlığında törədilən hücumda xüsusi təyinatlı qüvvələrin 2 əməkdaşı və 1 yol polisi öldürülüb.

Polis bundan sonra hücum edənləri yaxalamaq üçün Düşənbənin Qarategin qəsəbəsində ev-ev axtarış aparıb.

Bundan bir neçə saat əvvəl isə silahlı qrup paytaxtın 20 kilometrliyində yerləşən Vahdad şəhərində polis məntəqəsinə hücum edib.

Daxili işlər nazirliyinin məlumatına görə, bu qrupun başındaZiyoviddin Abdullayev adlı şəxs dururmuş.

Nazirlik rəsmisinin AzadlıqRadiosuna verdiyi məlumata görə, atışma zamanı 5 polis, Abdullayev və onun adamlarından biri öldürülüb, hücum edənlərdən 3-ü isə yaralanıb.

Bu hücumlar Tacikistanda qeydiyyatdan keçmiş yeganə islamçı partiyanın qadağan edilməsi və 23 yaşlı tələbənin polislər tərəfindən amansızcasına döyülməsi fonunda baş verib.

Məlumatlara görə polislər onu saqqalını qırmağa məcbur edirmişlər.

Polis bu hücumların bir-biri ilə heç bir bağlılığı olmadığını deyir.

Bu insidentlərdənsonra Düşənbədəki ABŞ səfirliyi bağlanıb və ABŞ vətəndaşlarına sayıq olmaq tövsiyyə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG