Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:28

İtaliya millisinin baş məşqçisi Antonio Conte "Avro-2016"nın seçmə mərhələsində Maltaya 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

İtaliya mətbuatının yazdığına görə o, sentyabrın 4-də keçirilən Azərbaycan - Xorvatiya görüşünə də toxunub.

Conte deyib ki, qrupdakı komandalar heç də zəif deyil və dünənki oyunlardan sonra anlamalıyıq ki, heç bir komanda asanlıqla təslim olmur: ”Malta və Azərbaycan milliləri hədiyyə deyil və onlara qarşı oynamaq çətindir. Xorvatiya da buna əmin oldu. Artıq futbol bütün ölkələrdə inkişaf edir”.-deyə o vurğulayıb.

Bir daha qeyd edək ki, Azərbaycan-Xorvatiya oyununda hesab açılmayıb.

XS
SM
MD
LG