Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:32

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri sentyabrın 4-də Lüksümburqda qaçqın böhranını müzakirə edirlər.

Həmçinin Vışührad qrupuna daxil olan ölkələrin baş nazirləri Praqa sammitində bu problemi müzakirə edirlər.

Macarıstan polisi bu günlərdə miqrantların Budapeştin mərkəzi dəmiryol vağzalından Almaniya və Avstriyaya getməsiə imkan verməyib.

Hazırda Budapeştdə xeyli qaçqın toplaşıb.

Ümumilikdə hazırda müharibə gedən Suriya, İraq, Əfqanıstan və digər Yaxın Şərq ölkələrindən Avropaya 350 mindən çox miqrant gəldiyi bildirilir.

Fransa ilə Almaniya hesab edir ki, Avropa Birliyi ölkələrinin hər biri müəyyən miqdarda qaçqın qəbul etməlidir.

Vışehrad qrupuna daxil olan Çexiya,Macarıstan,Polşa və Slovakiya isə kvota ideasına qarşıdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG