Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:46

-

Sentyabrın 4-də Nəsimi rayon Məhkəməsində jurnalist Rauf Mirqədirovun həbs müddətinin uzadılması ilə bağlı məhkəmə prosesi davam etdirilib.

Vəkil Elmar Süleymanov apa-ya bildirib ki, onların işə baxan hakim Şəlalə Həsənovaya verdikləri etiraz təmin olunub: «Rauf Mirqədirovla bağlı işə bundan əvvəl də Şəlalə Həsənova baxdığı üçün ötən gün keçirilən iclasda biz hakimə etiraz verdik. Həmin etiraz təmin olundu və işə hakim Azər Paşayevin sədrliyi ilə baxıldı».

E.Süleymanov məhkəmənin R.Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin noyabrın 16-dək uzadılması barədə qərar qəbul etdiyini bildirib.

R.Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

Onun barəsində ilkin olaraq 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilsə də, sonradan həmin müddət bir neçə dəfə uzadılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG