Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:00

-

Ədliyyə Nazirliyi Müsavat Partiyasının ötən il keçirilmiş VIII qurultayının nəticələrinin ləğvi ilə bağlı müraciətə cavab verib.

Nazirlikdən bildirilib ki, partiyanın qurultayı ilə bağlı qeydiyyata alınmış dəyişikliklərin ləğvi üçün şikayətçilər məhkəməyə müraciət etməlidirlər.

Müsavatın sabiq fəalı, şikayətçilərdən biri Əlövsət Əhədoğlu apa-ya bildirib ki, sentyabrın 4-də Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən onun ünvanına cavab məktubu daxil olub. Məktubda məhkəməyə müraciət edilməsi məsləhət görülüb.

Ə.Əhədoğlu qurultayın nəticələrinin ləğvi üçün bütün imkanlardan istifadə edəcəklərini deyib.

Ötən il keçirilən qurultayda partiyaya yeni başqan seçilib. Ancaq bir qrup başqan seçkiləriylə bağlı nəticələrin saxtalaşdırıldığını bildirib. Onlar yeni seçki keçirilməsini tələb ediblər.

Az səslə Arif Hacılıya uduzan Qubad İbadoğlunun tərəfdarları az sonra yeni hərəkat yaradaraq orda birləşiblər.

Yeni başqana müxalifətdə olan müsavatçılar partiyadan uzqaqlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG