Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:31

-

Sentyabrın 4-də Almaniyanın paytaxtı Berlin şəhərində IFA-2015 55-ci ümumdünya istehlak və elektronika texnikası sərgisinin rəsmi açılışı olacaq.

Sərgi çərçivəsində «Samsung», «LG», «Toshiba» və «Sony» şirkətlərinin bir sıra texnoloji yeniliklərinin nümayişi gözlənilir.

Ümumilikdə sərgidə dünyanın 1400-dən çox şirkətinin məhsulları və təklifləri nümayiş etdiriləcək.

Sərgiyə gələnlər intellektual elektronika sahəsinin texnoloji yenilikləri ilə tanış olacaqlar.

Müxtəlif ixtisaslaşmış sahələr üzrə rəngarəng konfrans, seminar və mühazirələrlə zəngin olacaq IFA-2015-də informasiya texnologiyaları sahəsinin bir sıra liderlərinin çıxışı nəzərdə tutulur.

XS
SM
MD
LG