Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:34

Temperatur 37 dərəcəyədək yüksələcək


Foto illüstrasiya
Foto illüstrasiya

-

Sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron yarımadasında gecə 19-23, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq.

Bölgələrdə də hava əsasən yağmursuz keçəcək. Ancaq axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə zəif duman, şərq küləyi əsəcək.

Gecə 18-23, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

Sinoptiklər xəbərdarlıq edir ki, sentyabrın 5-də və 6-da Abşeron yarımadasında gündüz saatlarında isti diskomfort hava şəraiti gözlənilir. Bu isə meteohəssas insanlar üçün əlverişsizdir.

XS
SM
MD
LG