Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:26

Əlibəylidə atışma - iki yaralı var


-

Erməni silahlı bölmələri Tovuzun Əlibəyli kəndini atəşə tutub, iki kənd sakini qəlpə yarası alıb.

Məlumatı apa yayıb. Bildirilir ki, sentyabrın 3-ü axşam saat 8 radələrindən başlayaraq gecə saat 3-ə kimi erməni bölmələri müxtəlif çaplı silahlarla Əlibəyli kəndini intensiv atəşə tutublar.

150-dək evin dam örtüyü güllələrdən yararsız hala düşüb.

Kənd sakini 87 yaşlı İsa Musayev və onun həyat yoldaşı 83 yaşlı Sehran Musayeva qəlpə yaraları alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG