Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:09

DİN-in məşhur generalı vəfat etdi


Rasim Musayev
Rasim Musayev

-

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Tədqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev vəfat edib.

Rasim Musayev sentyabrın 3-də axşam saatlarında ürəktutmasından dünyasını dəyişib.

Rasim Musayev Azərbaycanda tanınmış generallardan olub. O, Binəqədi rayon Polis İdarəsi rəisinin birinci müavini, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin rəisi, 2005-2007-ci illərdə Cəlilabad rayon Polis şöbəsinin rəisi, 2007-2013-cü illərdə isə Gəncə şəhər Polis İdarəsinin rəisi vəzifələrində çalışıb.

2011-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Rasim Musayev öz xahişi ilə 2013-cü il yanvarın 21-də Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

2013-cü il fevraln 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.

XS
SM
MD
LG