Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:50

Avropa Birliyi ölkələri qaçqınların qəbulunu artıraraq azı 100 min nəfər qəbul etməli və Avropadan gənarda qəbul mərkəzləri yaratmalıdır.

Bunu Avropa Şurasının sədri Donald Tusk sentyabrıb 3-də Macarıstanın baş naziri Viktor Orbanla Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, hər bir Avropa Birliyi ölkəsi azı 100 min qaçqın qəbul etməlidir və bu daha ədalətli olardı.

Avropa Birliyi ölkələri bundan əvvəl 32 min qaçqın qəbul etməyə hazır olduqlarını bəyan ediblər.

Suriya, İraq və Əfqanıstandan olan qaçqınlar İtaliya və Yunanıstan vasitəsi ilə Şərqi və Cənubi Avropa ölkələrinə, ordan isə Qərbi Avropaya keçmək istəyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG