Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:39

Sentyabrın 3-də Pekində İkinci Dünya Müharibəsi zamanı Yaponiya üzərində qələbənin 70 illiyi qeyd edilib.

Bu münasibətlə Pekinin mərkəzində böyük hərbi parad keçirilib.

Çin prezidenti Xi Jinping paradda çıxış edərkən deyib ki, Çin heç vaxt hekomonluq və genişlənməyə can atmayacaq.

O Çinin Xalq Azadlıq Ordusunda 300 min nfər ixtisar aparılacağını deyib, amma konkret vaxt göstərməyib.

Hazırda Çinin 2,3 milyonluq ordusu var ki, bu dünyada ən böyük ordudur.

Hərbi büdcəsinə görə isə Çin ABŞ-dan sonra ikincidir.

Paradda 12 min hərbi qulluqçu,200 təyyarə,tank, raket və digər hərbi texnikalar nümayiş etdirilib.

Paradda Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukashenko,Qazaxıstan prezidenti Nursultan Nazarbayev və digər ölkə liderləri iştirak ediblər.

ABŞ və Yaponiya da daxil olmaqla, Qərb liderləri parada qatılmaqdan imtina ediblər.

Avropa Birliyi ölkəlkərindən Pekinə təkcə Milos Zeman gedib.

ABŞ və digər iri demokratlar Çinin hərbi gücünün artması və Cənubi-Çin dənizi və ona yaxın digər rayonlardakı mübahisəli ərazilərdə aqressiv hərəkətlərindən narahatdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG