Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:10

-

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Bu haqda AzadlıqRadiosuna Leyla Yunusun vəkili Elçin Qəmbərov deyib.

Sentyabrın 2-də o, Leyla Yunusla görüşüb. Vəkil Leyla Yunusun səhhətinin yaxşı olmadığını, problemlərin əvvəlki kimi qaldığını da bildirib.

Vəkil Əfqan Məmmədov isə Arif Yunusla iki gün öncə görüşdüyünü deyir: «Səhhəti normaldır. Saxlanılma şəraitindən də razılıq etdi. İndi biz apellyasiya şikayətinə nə vaxt baxılacağını gözləyirik».

Əmlakı və hesabındakı pulu da müsadirə edilməklə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Onlar ittihamları qəbul etmir, həbslərini siyasi sifariş sayırlar.

«Amnesty International» təşkilatı Yunusları vicdan məhbusu kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG