Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:27

Ermənilər Tovuz sakinini yaraladı


Əlibəyli kəndi.
Əlibəyli kəndi.

-

Ermənilər Tovuzun sərhəd kəndlərini atəşə tutublar.

apa-nın məlumatına görə, erməni silahlı bölmələri sentyabrın 2-də axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərini yandırıcı güllələrdən intensiv atəşə tutub.

Nəticədə Əlibəyli kəndində Tarıyel İsmayılov və Mayıl Ağacanova məxsus evlər yanıb. Əraziyə Tovuz rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib.

1952-ci il təvəllüdlü Tofiq Kazımov isə qarın boşluğundan güllə yarası alıb. O, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Əməliyyat edilən kənd sakinin vəziyyətinin orta ağır olduğu bildirilir.

Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurub.

XS
SM
MD
LG