Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:12

-

Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatının Santa-Monika şəhərində xüsusi gün elan olunub.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, şəhərin meri Kevin McKeown tərəfindən xüsusi bəyannamə imzalanaraq, 2015-ci il sentyabrın 18-nin «Üzeyir Hacıbəyli günü» kimi qeyd olunacağı bildirilib.

Los-Ancelesin yaxınlığında yerləşən Santa-Monika Hollivud ulduzlarının və rejissorlarının yaşadığı şəhər kimi tanınır.

Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğuna təqdim olunmuş bəyannamədə Ü.Hacıbəylinin Azərbaycan klassik musiqisinin banisi olduğu vurğulanır, onun əsərlərində Şərq və Qərb musiqisinin çalarlarından geniş istifadə edildiyi diqqətə çatdırılır.

Bəyannamədə bəstəkarınjurnalist, müəllim və tərcüməçi kimi Azərbaycan maarifçiliyində oynadığı roldan bəhs edilir. Ü.Hacıbəylinin bu istiqamətdəki fəaliyyətinin ölkə sərhədlərini aşaraq bütün Avrasiyada insanların tərəqqisinə işıq saçdığı qeyd edilir.

Ü.Hacıbəylinin müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmasında önəmli rol oynadığı və Azərbaycanın ilk himninin müəllifi olduğu xüsusi vurğulanır.

Bəyannamədə dahi bəstəkarın müsəlman Şərqində ilk opera və operettanın müəllifi olduğu qeyd edilir, dünya şöhrətli «Arşın mal alan» operettası və filmi barədə məlumat verilir və bu ekran əsərinin rənglənmiş versiyasının sentyabrın 19-da ilk dəfə ABŞ-da Los-Ancelesdə nümayiş etdiriləcəyi bildirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG