Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:07

«Çubuq» kompüter göstərildi


Asus VivoStick
Asus VivoStick

-

«Asus» şirkəti Berlində keçirilən IFA-2015 elektronika sərgisi çərçivəsində yeni məhsullarını tanıtmağa davam edir.

Şirkət «VivoStick» adlanan mini kompüterini təqdim edib.

Cihaz «HDMI» vasitəsilə monitor və televizora qoşulur. «Asus VivoStick» cib kompüteri «Intel Cherry Trail» prosessoru, 2 QB əməli yaddaş və 32 QB daxili daşıyıcı ilə təchiz olunub.

Qurğu 2 ədəd «USB» port və audiokonnektor, «Bluetooth 4.0» və Wi-Fi dəstəyinə malikdir. Kompüterdə «Windows 10» əməliyyat sistemi quraşdırılıb.

Cihazın çəkisi 70 qram, ölçüsü 13.8 x 3.4 x 1.5 sm-dir.

ABŞ-da yeni qurğunun təxmini qiyməti 129 dollar olacaq, satışa çıxarılma tarixi hələ ki dəqiq bilinmir.

XS
SM
MD
LG