Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:46

-

Sentyabrın 3-də Meydan TV-nin daha bir əməkdaşı Şirin Abbasov Baş Prokurorluğun istintaq idarəsinə dəvət olunub. Onun Mingəçevir hadisələri ilə bağlı çağırıldığı bildirilir.

Sentyabrın 2-də Meydan TV ilə əməkdaşlıq edən üç nəfər - Cavid Abdullayev, Natiq Cavadlı və İzolda Ağayeva da Baş Prokurorluğa çağırılmışdılar. Onlara Mingəçevir hadisələri ilə əlaqədar dəvət edildikləri deyilsə də, Meydan TV-nin fəaliyyəti haqda suallar verilib.

Bu ilin avqustunda Mingəçevirdə 27 yaşlı Bəhruz Hacıyev polisə aparıldıqdan az sonra ölüm xəbəri gəlib. Daxili İşlər Nazirliyi gəncin özünü üçüncü mərtəbədən atdığını deyir.

Yaxınları buna inanmır və onun meyiti üzərində zorakılıq izləri olduğunu deyirlər.

Hazırda araşdırma gedir.

Gəncin meyiti dəfn edildikdən sonra şəhərdə bir qrup sakin etiraz aksiyası keçirib.

Mingəçevirdə baş verənləri işıqlandıran KİV-lər arasında Meydan TV də olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG