Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:29

-

Foto paylaşım şəbəkəsi «Instagram» istifadəçilərin bir-birləri ilə söhbət etməsi üçün 2013-cü ildə birbaşa mesaj (direct) funksiyasını işə saldı. Bu özəlliklə istifadəçilər fotonu hər hansı şəxsə göndərə bilir, fotonun altında yazışa bilirdilər.

«Instagram» artıq birbaşa mesajlaşmanı daha da asanlaşdırdı.

İndi izlədiyin şəxslərin şəkillərini asanlıqla hər hansı dostunla paylaşıb yazışa bilərsən. Çünki fotoların altında bəyənmək, şərh yazmaq bölümü ilə yanaşı, paylaş işarəsi də yer alır.

Bu bölməyə basıb, fotonu göndərmək istədiyin dostunu seç, paylaş, istəsən təəssüratlarını bölüş, söhbət et. Fotonu bir neçə nəfərə göndərib qrup yarada, söhbətə ad da verə bilərsən.

Əvvəl isə bunun üçün ya dostunu fotonun altında işarələməli, ya da ekran görüntüsünü çəkib «WhatsApp» və ya başqa proqramlarla göndərməliydin.

Özəllikdən faydalanmaq üçün sadəcə «Instagram» proqramını yenilə.

XS
SM
MD
LG