Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:07

Bakıda kitab sərgi-yarmarkası olacaq


Bakıda kitab yarmarkası
Bakıda kitab yarmarkası

-

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 16-dan 18-dək IV Bakı beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək.

Bakı İdman Sarayında təşkil olunacaq sərgi-yarmarkada Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Özbəkistan, İran, Misir, Nigeriya, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Slovakiya, Serbiya, Moldova, Ukrayna, Belarus, Estoniya və Yunanıstandan nəşriyyat və poliqrafiya müəssisələri, digər müvafiq qurumlar iştirak edəcək.

100-dən artıq yerli nəşriyyat və bu sahəyə bağlı olan digər qurumlar sərgidə iştirak üçün qeydiyyatdan keçiblər.

XS
SM
MD
LG