Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:55

-

Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli bərpa edilib.

Bu barədə apa-ya kəmərin Azərbaycandan keçən hissəsinin operatoru «BP-Azerbaijan» şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.

T.Bayatlının dediyinə görə, hasilat və ixrac əməliyyatları normal qaydada həyata keçirilir.

Avqustun 25-də Bakı-Tbilisi-Ərzurum kəmərinin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsi partladılıb. Qars valisi Günay Özdəmir mətbuata açıqlamasında partlayışın 20-dək PKK terrorçusunun hücumu nəticəsində törədildiyini bildirib.

Bundan əvvəl-avqustun 4-də də Bakı-Tbilisi-Ərzurum qaz kəmərində partlayış olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG