Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:12

Qadın icra başçısı danışdı


İradə Gülməmmədova
İradə Gülməmmədova

-

«Mənə etimad göstərib bu vəzifəyə təyin etdiyi üçün ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm».

Bunu apa-ya Abşeron rayon İcra Hakimiyyətinin yeni başçısı İradə Gülməmmədova bildirib. O, qeyd edib ki, bu məsuliyyətli vəzifəyə təyinat ölkə başçısının qadınlara verdiyi diqqət və qayğının təcəssümüdür.

Sentyabrın 2-də prezident İlham Əliyevin imzaladığı sərəncam ilə İradə Gülməmmədova Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, buna qədər Abşeron rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. O, həmçinin Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvüdür.

XS
SM
MD
LG