Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:02

Polşanın Mərkəzi Bankı ölkədə keçmiş nasist Almaniyasına məxsus qiymətli əşyalarla dolu qatar tapılması ilə bağlı məlumatın yalan olduğunu bəyan edib.

Bankın rəhbəri Marek Belka bunun tamamilə uydurma olduğunu bildirib.

Polşa mədəniyyət nazirinin müavini ötən həftə belə bir qatarın tapılmasına demək olar ki, əmin olduğunu bəyan etmişdi.

Qızıl və digər qiymətli əşyalar olan qatarın keçmiş yeraltı tunellərdən birində olduğu bildirilirdi.

Məlumatlara görə Nasist Almaniyası qatarı Polşadan çıxarmaq istəyirmiş.

Amma bu baş tutmayıb və qatar Polşa ərazisində qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG