Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:22

Qərbin bəyanatlarının bir nəticəsi olacaqmı? - sualına Şərq -Qərb araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu belə cavab verir ki, "indiyə kimi nə nəticəsi olub ki, bundan sonra da nə olsun?!"

Onun fikrincə, Qərbin çağırışlarının Azərbaycan hökümətinə heç bir təsiri yoxdur.Onun sözlərinə görə, çünki "Qərb Azərbaycanda demokratikləşməyə imkanları və vaxtı əldən buraxdı."

Politoloqun sözlərinə görə, "Qərb Azərbaycan hökümətini tənqid edir, ancaq bu tənqiddə ardıcıl deyil"."Dövlət Departamenti bütün vicdan məhbuslarını azad etməyə çağırır, ancaq demir ki, azad olunmasalar, neyləyəcək?"

Sentyabrın 1-də Bakıda məhkəmə araşdırmaçı jurnalist Xədicə İsmayılı 7,5 il həbsə məhkum edəndən dərhal sonra beynəlxalq təşkilatlardan tutmuş ABŞ Dövlət Departamentinə qədər bir çox mötəbər qurumlar bəynat verdilər. Dövlət Departamenti "Azərbaycan hökümətini bütün vicdan məhbuslarını dərhal azad etməyə çağırdı".

Hətta ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Samantha Power öz Twitter səhifəsində reaksiya verdi.

Ərəstun Oruclu başqa məqamlara da toxunur

Şərhləri göstər

XS
SM
MD
LG